• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO

CƏMİYYƏT

10 Avqust 2023 | 17:49

4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də qeyri-çimərlik ərazilərdən istifadəyə rast gəlinir ki, bu da bir sıra hallarda faciələrin yaşanmasına səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6km aralı yerləşən qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq, təəssüflə bildirməliyik ki, son günlər ərzində həmin ərazidə 4 nəfər batıb. FHN-in dalğıc-xilasediciləri tərəfindən batan şəxslərin cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilsediciləri tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində qeyri-çimərlik ərazidə son günlər yaşanan faciələr səbəbindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, ərazinin təhlükəsi barədə məlumatlandırıcı lövhələr quraşdırılıb və girişi qadağa edən lentləmə işləri aparılıb. Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib.


4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO4 Nəfərin batdığı yerdə çimmək qadağan edildi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026