• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan XİN Ukraynadakı qondarma “seçkiləri” pislədi

CƏMİYYƏT

09 Sentyabr 2023 | 16:24

Azərbaycan XİN Ukraynadakı qondarma “seçkiləri” pislədi

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanatında bildirilib.

"Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026