• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avtomobil 12 yaşlı oğlanı vuraraq öldürdü

CƏMİYYƏT

09 Oktyabr 2023 | 15:10

Avtomobil 12 yaşlı oğlanı vuraraq öldürdü

Lənkəran rayonunda avtomobil 12 yaşlı piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı, 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli - Nəzərzadə Süleyman Məhəmməd oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə kerində ölüb.

Şahidlərin bildirdiyinə görə yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən "Mercedes" onu vurub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR