• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazirdən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı TAPŞIRIQ

CƏMİYYƏT

09 Oktyabr 2023 | 16:16

Nazirdən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı TAPŞIRIQ

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib, tapşırıqlar verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə oktyabrın 9-da nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə qeyd olunub.

Bildirilib ki, hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib. Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR