• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

CƏMİYYƏT

11 Iyul 2023 | 21:03 | Müəllif: Subhan Mahmudov

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kmilometrliyində rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Polad Nofərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Kamran Musayevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026