• Bakı 31° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Xocalıda tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlandı - VİDEO

Gündəm

25 May 2024 | 21:23

Xocalıda tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlandı - VİDEO

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.


SON XƏBƏRLƏR

16 Iyun 2024