• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xocavənddə mina partladı - xəsarət alan var (YENİLƏNİB)

HADİSƏ

02 Oktyabr 2022 | 12:45 | Müəllif: Subhan Mahmudov

Xocavənddə mina partladı - xəsarət alan var (YENİLƏNİB)

Xocavənddə baş verən mina partlayışı ilə bağlı rayon prokurorluğu məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, оktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir. Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

***12:32

Xocavənd rayonunda mina partlayışı olub.

Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasim Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

“Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur”.

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.

 

***12:27

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR