• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yağış, güclü külək - Sinoptiklərdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Aprel 2022 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Yağış, güclü külək - Sinoptiklərdən XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilir. Verilən xəbərə görə, Azərbaycanın rayonlarında aprelin 20-si günün ikinci yarısı qərb rayonlarından başlayaraq 21-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026