• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yanğın olan evdən meyit tapıldı

HADİSƏ

29 Mart 2024 | 19:58 | Müəllif: Subhan Mahmudov

Yanğın olan evdən meyit tapıldı

Gəncə şəhəri Vaqif küçəsində yanğın olan fərdi evlərin birindən meyit aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd döşək qismən yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Meyitin 1951-ci il təvəllüdlü Tilayi Nasir Yadulla oğlu olduğu müəyyənləşib. Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026