Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna-NATO Şurasının iclası ərəfəsində Türkiyə milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rustem Umerov “X” platformasındakı paylaşımında bildirib.
“Biz Prezident Vladimir Zelenskinin Qələbə Planını müzakirə etdik, onun əsas məqamlarından biri olan Ukraynanın NATO-ya üzvlüyünə dəvət edilməsi, eləcə də müdafiə sənayemizə investisiyaların cəlb edilməsi haqqında danışdıq”,- nazir bildirib.
O, həmçinin Ukrayna şirkətlərinin birgə mülkiyyətində həm Ukraynada, həm də Türkiyədə birgə müdafiə müəssisələrinin yaradılmasını və silah və texnika istehsalı üçün yeni zavodlarıntikilməsini təklif edib.