• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Yeddi min hektardan çox ərazi minalardan təmizlənib" - AÇIQLAMA

GÜNDƏM

17 Iyun 2021 | 15:07

"Yeddi min hektardan çox ərazi minalardan təmizlənib" - AÇIQLAMA

Azərbaycan ordusunun istehkamçıları qardaş Türkiyədən gələn istehkamçılarla birlikdə işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmə işlərini davam etdirirlər və indiyə qədər 7 min hektardan çox ərazi təmizlənərək müvafiq dövlət qurumlarına təhvil verilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə polkovnik Ceyhun Bağırov deyib.

O bildirib ki, Türkiyədən 20 ədəd MEMATT (mexaniki minatəmizləyən maşın) tipli texnika alınması planlaşdırılıb: “Onun yarısı Azərbaycana gətirilib və hazırda işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmədə istifadə edilir”.

C.Bağırov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə daha çox tank əleyhinə və piyada əleyhinə minalara rast gəlinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026