• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeni il bayramı ərəfəsində bazarlarda QİYMƏTLƏR - VİDEO

İQTİSADİYYAT

20 Dekabr 2024 | 10:10

Yeni il bayramı ərəfəsində bazarlarda QİYMƏTLƏR - VİDEO

Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvələrə tələbat artıb.

Bakıvaxtı.az məlumat verir ki, yeni il bayramı ərəfəsində bölgələrdən gətirilən məhsullar ötən ilə nisbətdə daha boldur. Xüsusilə kənd toyuğu və hind quşu bu il ötən illərlə müqayisədə bazara daha çox gətirilib. Hazırda bazarda quzu ətinin 1 kiloqramı 22-23 manata, hind quşu ətinin 1 kiloqramı isə 14-19 manata təklif edilir.

Meyvələrə gəlincə, alma 1 manatdan başlayır. Cənub bölgəsinə yağan qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.50 manata, portağal 2.50-3 manata satılır. Banan 2.20, kivi 2.50, armud 3.50 manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2-3 manata satılır. Qızıləhmədi almasının kiloqramı 4.50 manatadır. Ananasın qiyməti isə 5-6 manat civarındadır.

Ətraflı Xəzər TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026