• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Yeni il hədiyyəsi alarkən bu qutulardan UZAQ DURUN... - Ekspertdən ÇAĞIRIŞ

CƏMİYYƏT

25 Dekabr 2023 | 11:54 | Müəllif: Qalib İbrahimoğlu

Yeni il hədiyyəsi alarkən bu qutulardan UZAQ DURUN... - Ekspertdən ÇAĞIRIŞ

Yeni ilə 6 gün qalır. Bayram münasibətilə hər kəs şənliklərə bilet, hədiyyələr alır.

Sözsüz, yeni il hədiyyələrinə ən çox sevinən uşaqlardır. Təsadüfi deyil ki, marketə girəndə də qarşımıza çıxan ilk məhsul elə uşaqlar üçün hədiyyə qutuları olur. Ancaq marketlərdə satılan bəzi hədiyyə qutularının tərkibi şübhə altındadır.

Belə ki, hər il olduğu kimi, bu il də valideynlər hədiyyə qutularının içərisində olan məhsulların keyfiyyətsizliyindən şikayətlənirlər.

Övladlarımızı xoşbəxt etmək üçün aldığımız hədiyyə qutuları onları zəhərləyir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Yeni il hədiyyələri bəzən milli dildə qutulanmamış, markalanmamış olur. AİB sədri bildirib ki, Azərbaycan dilində yazılışı olmayan qutuları istehlakçılar almasınlar: “Yeni il şənliklərində valideynin başı qarışır şou proqrama, uşaqlar qutudakı malları istehlak edirlər. İstehlakçı valideynlər, uşaqlarınıza diqqət yetirin, qutuları onlara verib, özünüz şou proqramda əylənməyin. Alış zamanı hansı qutuların içinə baxmaq olursa, ona baxın. Bərk yapışdırılmış qutulardan uzaq durun”.

Eyyub Hüseynov, AİB sədri

Onun sözlərinə görə, bəzən qutunun içindəki məhsulların buraxılma və son yararlılıq tarixi olmur: “Belə malları, ümumiyyətlə, istehlak etməsinlər. İstehlakçıların mağazadan aldıqları malın içərisinə baxmaq hüququ var, bundan istifadə etsinlər. Bəzən Yeni il şənlikləri təşkil edən firmalar bu qutuları kütləvi sürətdə paylayır. Yeni il qurtarandan sonra Azad İstehlakçılar Birliyinə çoxsaylı şikayətlər daxil olur. Ona görə, istehlakçıları bundan çəkinməyə çağırıram”.

Müsahibimiz istehlakçıları belə hallarla rastlaşdıqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003” qaynar xəttinə kassa çekini və malın nümunəsin saxlamaqla müraciət etmələrini tövsiyə edir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026