• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yevlax sakinində avtomat aşkarlandı

CƏMİYYƏT

14 Noyabr 2023 | 09:26

Yevlax sakinində avtomat aşkarlandı

Yevlax rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı silah-sursat və narkotik vasitələr aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xdimətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupununn əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən silah-sursat və narkotik vasitələr götürülüb. İlk tədbir zamanı odlu silahı qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Atif Mahmudov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Axtarış aparılarkən ondan “Kalaşnikov” konstruksiyalı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa keçirilən digər bir əməliyyatla rayon sakini Abıl Yusibov şəhər ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirilib. Onun üzərinə və avtomobilinə baxış zamanı heroin, marixuana və metodon həbləri aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq davam etdirilir.
 


Yevlax sakinində avtomat aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026