• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Daha bir uşaq qızılcadan öldü

CƏMİYYƏT

14 Dekabr 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

Daha bir uşaq qızılcadan öldü

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR