• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Komando bölmələrinin peşəkarlığı artırılır - VİDEO

CƏMİYYƏT

12 Yanvar 2024 | 18:26 | Müəllif: Subhan Mahmudov

Komando bölmələrinin peşəkarlığı artırılır - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026