• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yevlaxda görüş: Respondentlər dialoqu dəstəkləyir - SORĞU

CƏMİYYƏT

21 Sentyabr 2023 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda görüş: Respondentlər dialoqu dəstəkləyir - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə dialoq prosesinə dair ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 63.3%-i dialoq prosesini dəstəklədiyini, 27.4%-i dəstəkləmədiyini ifadə edib. Sorğu iştirakçılarının 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Dialoq prosesini dəstəkləyənlərin 49.0%-i dialoqun birbaşa təmaslar yolu ilə aparılmasını üstün hesab edib. Onların 37.3%-i istənilən formatı məqbul hesab etdiyini bildirərkən, 12.2%-i vasitəçilik yoluna üstünlük verdiyini bildirib. Sorğu iştirakçılarının 1.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 8-11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


Yevlaxda görüş: Respondentlər dialoqu dəstəkləyir - SORĞUYevlaxda görüş: Respondentlər dialoqu dəstəkləyir - SORĞU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026