• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

18 Avqust 2022 | 12:29 | Müəllif: Qalib İbrahimoğlu

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“Mütəmadi olaraq bu istiqamətdə proflaktiki tədbirlər görülsə də sürücülər tərəfindən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları  davam edir. Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur”.

Bunu Bakıvaxtı.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib.

Onun sözlərinə görə, araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanlərlə inzibati məsuliyyətdən yayınmaq istəyirlər. “Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyatı üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər hadisə yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli ondan sora hadisə yerini tərk olunmalıdır”.

Rüstəm Əhmədli bildirib ki, bir çox hallarda sürücülər hadisəni gizlədərək öz aralarında razılaşırlar. “Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026