Azərbaycanda bu gün koronavirus infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib,
Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir.
Ölkədə son sutka ərzində 2 508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb.

















