Azərbaycanda son sutkada 1600 nəfər vaksinasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 437, ikinci doza vaksinləri sayı 158-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 854-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 151 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 778 501, birinci doza peyvəndlərin ümumi sayı 5 358 703, ikinci doza vaksinlərin sayı 4 855 017 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 314 598, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 183 olub.

















