• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Yumurta bahalaşdı - VİDEO

CƏMİYYƏT

26 Dekabr 2023 | 11:00

Yumurta bahalaşdı - VİDEO

Yumurtanın qiymətində artım müşahidə olunur.

Bakıvaxtı.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti 2-3 qəpik artıb.

Satıcıların sözlərinə görə, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirir:

“Hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur”.

Qeyd edək ki, bu aydan etibarən Azərbaycandan Rusiyaya yumurta ixracına başlanılıb. Dekabarın 19-da 36 ton (612 min ədəd) , dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub, dekabrın 24-də isə 18 ton (306 min ədəd) yumurta ixrac olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026