• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ölüm cavanlaşır: ŞOK SƏBƏBLƏR

CƏMİYYƏT

25 Yanvar 2024 | 09:21 | Müəllif: Qalib İbrahimoğlu

Ölüm cavanlaşır: ŞOK SƏBƏBLƏR

Son illər Azərbaycan da daxil olmaqla, bütün dünyada ölüm gəncləşib. Əvvəllər elə bilərdik ki, insanlar yaşlanıb ölür, ancaq indi durum dəyişib. Belə ki, 10 ölüm xəbəri çıxırsa, 8-i gənclərə aid olur.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə, ürək, böyrək, mədə xəstəliklərindən ölənlərin sayı çoxalıb. Bir neçə il əvvələ qədər, sadaladığımız xəstəliklərdən əziyyət çəkən insanlar tək-tük olar, hər kəsə qəribə gələrdi. İndi isə kiminsə bu xəstəliklərdən əziyyət çəkib ölməyi adi hala çevrilib.

Tibbin inkişaf etdiyi bir dövrdə ölümün gəncləşmə səbəbləri nələrdir?

Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, tibdə bir çox xəstəliyin yaşı gəncləşdiyi kimi, ölüm də cavanlaşıb: “Buna daha çox ürək-damar xəstəlikləri, şəkərli diabet, xroniki böyrək xəstəlikləri səbəb olur. Ürək-damar xəstəliyi dedikdə damarların xolosterinlə daralması nəticəsində trombozun əmələ gəlməsini nəzərdə tuturuq. Bu zaman həm ürək, həm də beyin damarlarında 100%-lik tutulma baş verir və miokard infraktı, beyin infraktı baş verir”.

Onun sözlərinə görə, əvvəllər bu xəstəliklərə 60-65 yaşdan yuxarı insanlarda rast gəlinirdisə, indi 40-45 yaşlı bir çox insanda miokard infraktı, insult, şəkərli diabet, beyin infraktı, böyrək çatışmazlığı kimi xəstəliklərə rast gəlinir. Təəssüf ki, əlavə damarların inkişaf etmədiyi bir dövrdə xəstəliklər daha aqressiv formada keçərək ölümə səbəb olurlar.

Həkim qeyd edib ki, onkoloji xəstəliklərin də yaşı gəncləşib: “Onilliklər əvvəl onkoloji xəstəliklərə də yaşlı insanlarda rast gəlinirdi. Əfsuslar olsun ki, artıq uşaqlarda onkoloji, qan xəstəlikləri ilə rastlaşırıq. Bu, doğrudan da, bütün həkim camiyəsini üzür”.

Terapevt bildirib ki, bunlara səbəb ekoloji faktorlardır: “Ekoloji mühitin pozulması, qeyri-düzgün qidalanma, geni dəyişdirilmiş qidalar istehlak etmək, oturaq həyat tərzi, yuxu rejiminin ciddi şəkildə pozulması, zərərli vərdişlər (qazlı, konservləşdirilmiş içki və qidalar) xəstəliklərin yaranmasına pis töhfə verir. İnsanlar enerji içkiləri içirlər, ürəyin ritmi pozulur. Ürək ritminin pozulnası ani ölümlərə belə gətirib çıxarır. Ona görə, bütün zərəli vərdişlərdən uzaq durmağı tövsiyə edir, cəmiyyətimizi qorumağa çağırıram”.

Kardioloq Samir Əsgərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son 2-3 ildə ürək-damar xəstəliklərinin sayının artması ilə daha çox rastlaşırıq: “Ürək-damar xəstəliklərindən dünyasını dəyişənlərin də sayı xeyli artıb. Beynəlxalq təcrübə də onu göstərir ki, insanların sayı çoxaldığı üçün xəstəliklər də çox görünür. Xəstəliklərin çox görünməsi fəsadların da daha çox ön plana çıxması deməkdir”.

Onun sözlərinə görə, bir digər səbəb diaqnostik vasitələrin, əhəmiyyətli müayinə üsullarının çox olmasıdır. Vasitələrin çoxluğu xəstəlikləri daha tez görməyimizə kömək edir. Xəstəlik tez aşkarlandığı üçün gənc yaşlarda diaqnoz qoyulur.

Müsahibiz qeyd edib ki, xəstəliyin ilk mərhələlərində əlamətlər çox zəif, yüngül olur: “Məsələn, sadəcə yüngül təngnəfəslik, sinədə sıxıntı, təzyiqin qalxması nəticəsində baş ağrısı olur. İnsanlar buna əhəmiyyət vermir. Beləliklə, xəstəlik inkişaf edir, bədən buna öyrəşir. Bədən xəstəliyə adaptasiya olduğu üçün insanlar hiss etmir, gec fərqinə varırlar. Həkimə gec müraciət edildikdə xəstəlik fəsadlaşır. Bu zaman bədənin müalicəyə verdiyi reaksiyadan çox şey asılı olur. Ona görə ölüm sayı çoxalır”.

Həkim vurğulayıb ki, xəstəliyin artma səbəbi hərəkətsizlik, hipodinamiya, stress, zəif immun sistemi və həddindən artıq olan zərərli vərdişdir: “İnsanlar daha çox zərərli qidalar istehlak edirlər. Şirniyyat, unlu, trans yağlardan hazırlanmış məhsullar, “fast food”, enerji içkiləri, elektron siqarlar və s. bu kimi şeylərin hamısı xəstəliklərin cavanlaşmasına gətirib çıxarır. Xəstəlik bədəndə olduqda tromblaşma xüsusi önəm daşıyır. İnsanlar damar genişlənmələri olduqda tromblar, qaraltılar gördükdə gedib müayinə olunmurlar. Sadəcə vizual olaraq görürlər. Qısacası, biganə yanaşıldığı üçün həmin tromb bədəndən çıxıb ürək, beyin, böyrək, qaraciyər, göz damarını tutur. Bu zaman həmin orqan ya tamamilə faəliyyətini bitirir, ya da yarı fəaliyyət göstərir”.

Hepatoloq-qastroenteroloq Fərrux Nəbiyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, erkən ölümlərin səbəbi çox müxtəlifdir: “Burada qidalanma, stress, xərçəng və ürək xəstəlikləri ciddi rol oynayır. Amerika universitetlərinin araşdırmalarına görə, sınıqlar, insanın tək qalması, hansısa duyğunu itirmək buna səbəbdir. Yuxu rejiminin normal olmaması erkən ölümün əsas səbəblərindəndir”.

Həkim bikldirib ki, xüsusilə, “fast food”dan çox istifadə, vaxtında qidalanmamaq, stress faktoru və s. bunlar mədə xərçənginin yaranmasına çox ciddi təsir edir: “Eyni zamanda, az hərəkət, çox yağlı yemək, yuxu rejiminin olmaması erkən ölümə gətirib çıxarır”.

Uroloq Anar Almasov Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, xroniki böyrək xəstəliyi dünya əhalisinin 10%-ni təşkil edir: “Daha çox qadınlarda rast gəlinir. Səbəbi, əsasən, diabet və hipertoniyadır. Son 20 ildə xroniki böyrək xəstəliyi xeyli artıb. Bu xəstəliyə gəlir və yaşayış səviyyəsi aşağı olan ölkələrdə daha çox rast gəlinir. Əhalinin tibbi maariflənmə səviyyəsi və icbari tibbi sığorta təminatı da böyük rol oynayır. Böyrək xəstəlikləri ilə bağlı son zamanlar artan ölüm stastistikası isə, təbii ki, koronavirus və onun nəticələri ilə də sıx əlaqədardır”.

“Mən öz təcrübəmdə də dəfələrlə pasientlərin məhz keçirdiyi COVİD-19 xəstəliyindən sonra narahatlığının daha çox artdığını ifadə etməsinin şahidi olmuşam.Təəssüf ki ,bu tendensiya getdikcə artmaqdadır. Dgər orqan və sistemlərin xəstəlikləri kimi böyrək xəstəlikləri ilə əlaqədar ölüm də artıq cavanlaşmağa başlayıb”, - deyə uroloq əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026