• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ramiz Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv olundu

CƏMİYYƏT

23 Fevral 2024 | 20:54

Ramiz Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.

Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.

Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi.


SON XƏBƏRLƏR

26 Iyul 2024