Ağdaş və İsmayıllı Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində isə rayon sakinindən qanunsuz saxladığı 1 ədəd tüfəng aşkar edilərək götürülüb.