Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 96 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobili yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
...
15:10
Zaqatalada yaşayış evi yanıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın hadisəsi Zaqatala rayon Lahıc kəndində baş verib. Yanğın yerinə Zaqatala DYMH-nin texnikaları cəlb olunub. Hadisə zamanı 1963-cü il təvəllüdlü Yusifov Süleyman Saleh oğluna məxsus ümumi sahəsi 320 k/m olan fərdi yaşayış evinin 160k/m hissəsi içərisindəki əşyalarla birlikdə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
















