• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Zaxarova Nulanda cavab verdi

DÜNYA

17 Fevral 2023 | 14:08

Zaxarova Nulanda cavab verdi

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın səsləndirdiyi “Ukraynanın Krımda Rusiyanın hərbi infrastrukturuna zərbələr endirməsinə dəstək” ifadəsi ABŞ-ın münaqişədə iştirakına işarə edir.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Onlar (ABŞ-red.) Ukraynaya böyük miqdarda silah verir, kəşfiyyat məlumatları ötürür, hərbi əməliyyatların planlaşdırılmasında birbaşa iştirak edir, Ukrayna hərbçilərinə, müxtəlif qanunsuz silahlı birləşmələrin nümayəndələrinə təlimlər keçirlər və bunu artıq uzun müddətdir ki, edirlər”, - Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Vaşinqton artıq daha da irəli gedərək Kiyev rejimini hərbi əməliyyatları daha da gərginləşdirməyə təhrik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026