• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Zeki Aktürk: "Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir"

DÜNYA

08 Avqust 2024 | 13:42

Zeki Aktürk: Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir

Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratması ilə bağlı iddialara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O söyləyib ki, bu, PKK/SDG/PYD-YPG terror təşkilatlarının həmin ərazidə zəifləməsi kimi qiymətləndirilməlidir: “Bölgədə hücuma cəhd olarsa, artıqlaması ilə cavab verəcəyik”.

Z.Aktürk həmçinin ərazidə çoxlu sayda türkiyəli hərbçinin şəhid olması ilə bağlı iddiaları da təkzib edib: “Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir. İraqla koordinasiyamız da hər ötən gün inkişaf edir. Terror təşkilatları və onlara aid media orqanları zaman-zaman dezinformasiyalar yayırlar. Bu, onların son çırpıntılarıdır”.

Qurum rəsmisinin sözlərinə görə, son vaxtlar ərazidə öldürülən terrorçuların sayının artması Türkiyə Silahlı Qüvvələrinin müntəzəm əməliyyatlar aparmasının göstəricisidir: “Oradakı mağaralardakı terrorçular yavaş-yavaş təmizlənir. Ərazi tamamilə təmizlənənə qədər əməliyyatlar davam edəcək. Çox az qalıb”.

Qeyd edək ki, daha əvvəl Rusiya və Suriyanın Türkiyə ilə sərhəddə baza yaratmasına dair məlumat yayılmışdı.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024