Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.
Məlumata görə, Zelenski Britaniyada ölkənin Baş naziri Rişi Sunak və burada təlim keçən ukraynalı hərbçilərlə görüşəcək.
Qeyd edək ki, bu, Ukraynada müharibə başlayandan bu günə qədər Zelenskinin xaricə ikinci səfəridir.







jpg-1678426820.webp)








