• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Zelenski məhkəməyə verildi

DÜNYA

05 Sentyabr 2023 | 09:59

Zelenski məhkəməyə verildi

Ukrayna prezidenti Volodimir Zelenski məhkəməyə verilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Məhkəmə Qərarlarının Vahid Dövlət Reyestrində məlumat dərc edilib. 

"PariMatch" adlı şirkət Rusiya və Belarusla əlaqəsi səbəbindən ona qarşı sanksiyaların ləğvini tələb etmək üçün Ukrayna lideri ilə bağlı məhkəməyə müraciət edib. 

İddia "PariMatch"ın qeydiyyatdan keçdiyi Kipr şirkəti "Weplay Media Holding Limited" adından verilib. Maraqlıdır ki, iddiada cavabdeh şəxs şəxsən Ukrayna prezidentidir. İlk məhkəmə prosesi sentyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Zelenski Rusiya, Lüksemburq,  Kipr və Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş 18 şirkətə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026