Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı beynəlxalq tribunalın yaradılmasını təklif edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Zelenski bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsində Niderland cəmiyyətinə və sözügedən şəhərdə yerləşən beynəlxalq məhkəmə institutlarının nümayəndələrinə müraciətində danışıb.
“Təcavüzə görə məsuliyyətə cəlb olunmaq gərəkdir və buna yalnız beynəlxalq tribunalın köməkliyi ilə nail olmaq olar. Biz belə bir tribunalın yaradılmasının tərəfdarıyıq”, - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, V.Zelenski Niderlandda səfərdədir.



jpg-1685792627.webp)












