• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO

CƏMİYYƏT

17 Oktyabr 2021 | 22:13 | Müəllif: Subhan Mahmudov

Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO

“TRT Haber” kanalının çəkiliş heyəti Azərbaycanın işğaldan azad etdiyi Zəngilan rayonundan reportaj hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, reportajda Zəngilanda ilk "Ağıllı kənd" layihəsinin həyata keçirilmə işləri təqdim edilib.

200 evdən ibarət olacaq “Ağıllı kənd”də sakinlər üçün poçt şöbələri, sağlamlıq mərkəzləri, polis şöbəsi, kənd təsərrüfatı torpaqları nəzərdə tutulub.

Bundan başqa, kənd Günəş enerjisi vasitəsilə elektriklə təmin olunacaq.

Layihə əsasında 4 əsas yol qurulacaq, qəhrəmanların xatirəsinə Zəfər meydanı tikiləcək.

“Ağıllı kənd”ə 5 kilometr məsafədə Zəngilan Hava Limanı tikilir. İşlərin il sonunda yekunlaşması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026