• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Zərdab sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

CƏMİYYƏT

08 Iyun 2023 | 09:30

Zərdab sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şahhüseynli kənd sakinləri Ş.Osmanov və K.Heydərovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Həmçinin rayonun Bıçaqçı kənd sakini P.Bəkirov və Gəlmə kənd sakini N.İsgəndərov isə ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

08 May 2025