Zərdabda kişi kanalda boğulub.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşərək boğulub.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.
Faktla bağlı araşdırma aparılır.Qafqazinfo



jpg-1732773160.webp)












