• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Zidan "Real Madrid"dən dəvət aldı

İDMAN

12 Iyul 2024 | 20:17 | Müəllif: Subhan Mahmudov

Zidan "Real Madrid"dən dəvət aldı

"Real Madrid" klubu gələn həftənin əvvəlində komandanın yeni ulduzu - hücumçu Kilian Mbappenin təqdimat mərasimini keçirəcək. 

Bakıvaxtı.az  "Relevo"ya istinadən xəbər verir ki, “Kral” klubu"nun rəhbərliyi tədbirə keçmiş futbolçusu və baş məşqçisi Zinəddin Zidanı dəvət edib. 

Mbappenin təqdimatı iyulun 16-da "Santiago Bernabeu" stadionunda baş tutacaq. Kilian PSJ-dən azad agent kimi "Real Madrid"ə keçib. 25 yaşlı forvard yeni klubu ilə 5 illik müddətə müqavilə imzalayıb. 

"Real Madrid" ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026