• Bakı 12° C

    7.41 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Zimbabvedə 12 nəfər vəbadan ölüb

DÜNYA

26 Sentyabr 2023 | 23:52

Zimbabvedə 12 nəfər vəbadan ölüb

Zimbabvedə 12 nəfərin ölümünə səbəb olan yeni vəba epidemiyası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə və uşaq sağlamlığı naziri Duqlas Mombeşora məlumat verib.

Onun sözlərinə görə, vəba epidemiyasının episentri Manikalend əyalətidir. Belə ki, son 30 gün ərzində əyalətdə 152 təsdiqlənmiş vəba hadisəsi müəyyən edilib və 12 nəfər ölüb.

Mombeşora qeyd edib ki, hökumət epidemiyanın qarşısını almaq üçün lazımi addımlar atıb.

Qeyd edək ki, 2022-ci ilin yazından bəri Afrikanın cənubundakı Saharada vəba epidemiyaları davamlı olaraq baş verir. Ən çox - 60 mindən çox hadisə bu müddət ərzində Malavidə müəyyən edilib. 2023-cü ildə xəstəliyin ən çox yayılma halları 14 Afrika ölkəsində qeydə alınıb.


SON XƏBƏRLƏR

28 Noyabr 2023