• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Zümrüd ilə Nigarın dostluğu bitdi

MƏDƏNİYYƏT

13 Oktyabr 2022 | 18:10 | Müəllif: Subhan Mahmudov

Zümrüd ilə Nigarın dostluğu bitdi

Aparıcı Zümrüd Bədəlova Əməkdar artist Nigar Şabanova ilə dostluğuna son qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zümrüd bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

Aparıcı müğənnidən incikliyini bu cür ifadə edib:

"Nigar Şabanova aparıcılıq etdiyim "Xəbər-ətər" verilişinin mövsüm açılışının ilk qonağı idi. Xatırlayırsınızsa, digər aparıcılıq etdiyim "Söz-baz" maqazin verişində o, ilk dəfə  şəxsi həyatı ilə bağlı açıqlamalar vermişdi. Çox gözəl bilirdim ki, onun həyat yoldaşı ilə aralarında problem yaşanır və münasibətləri yaxşı deyil. Amma mən bir dost olaraq ondan bu haqda "Xəbər-ətər"də danışmağı istəsəm də, xahiş etdi ki, danışmayım.

Mən də o mövzunu açmadım. Amma özünə dönə-dönə söylədim ki, əgər sən başqa verilişdə bu mövzunu açıb danışsan, səninlə mənim dostluğum bitəcək.

Mənim efirimdən bir müddət sonra Nigar iki verilişə ard-arda çıxıb boşandığını açıqladı. Dost sarıdan ona görə bir az şanssızam. Özünün də xəbəri var ki, mən bu səbəbdən onunla olan dostluğuma son qoydum".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026