İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində iki jurnalist həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
“Əl-Manar” (Hizbullahın televiziya kanalı) müxbiri Əli Şuəyb şənbə günü Livanın cənubunda öldürülüb.
O, təxminən üç onillik ərzində Livanın cənubundakı hadisələri işıqlandıran tanınmış hərbi müxbir idi.
Eyni zərbə zamanı Beyrutun “Al-Mayadeen” telekanalının müxbiri Fatimə Ftuni də həlak olub.
O, zərbədən dərhal əvvəl Cəzzin bölgəsində Livanın cənubundan birbaşa reportaj aparırdı.
Bakı 












