Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, şəhidin qalıqları Bakının Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***
12:26
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları ailəsinə təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakıda şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhid Gülağa Dadaşovun qalıqları Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Gülalı Dadaşovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.