ABŞ-də 13 avqustda üç ştatda- Alabama, Oklahoma və Tennesidə ölüm hökmlərinin icrası planlaşdırılır. Bu, 2010-cu ildən bəri üç nəfərin eyni gündə edam edilməsinin ilk halı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, Alabamada Ceremi Uilyams, Oklahomada Karlos Kuesta-Rodriges, Tennesidə isə Entoni Darrell Haynsın ölümcül inyeksiya ilə edam edilməsi nəzərdə tutulur.
Uilyams 5 yaşlı qızın zorlama və qətlində, Kuesta-Rodriges 2003-cü ildə sevgilisinin qətlində, Hayns isə 1985-ci ildə motel əməkdaşının öldürülməsində təqsirli bilinib.
Qeyd edək ki, ABŞ-də sonuncu dəfə üç edam eyni gündə 7 yanvar 2010-cu ildə həyata keçirilib.
Bakı 











