• Bakı 28° C

    5.23 m/s

Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib - YENİLƏNİB
HADİSƏ
13 Avqust 2026 | 18:55

Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib - YENİLƏNİB

Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, qəza zamanı VAZ-2107 markalı avtomobildə olan İsayev Xəyal Qurban oğlu, Məmmədov Oktay Əli oğlu, Abdullayev Ömər Telman oğlu və Bəşirov Orxan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

18:08

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və "VAZ 2107" aşaraq yolun sağ və sol kənarlarına düşüblər.

Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR