• Bakı 28° C

    4.17 m/s

Ulduz metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir
CƏMİYYƏT
13 Avqust 2026 | 20:06

"Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir

"Ulduz" metro stansiyasının qarşısından keçən yol sahəsində tikinti işləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sözügedən ərazi Akademik Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.

İşlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR