• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

ADA həqiqətləri... Həqiqət adası... - Əkbər Qoşalı yazır
YAZARLAR
01 May 2022 | 14:47

ADA həqiqətləri... Həqiqət adası... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

 Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Güney Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı yerli və xarici KİV-lərdə işıqlandırılmaqda, müzakirələrə səbəb olmaqdadır.

Burada iki istiqaməti var və hər ikisi önəmlidir. Birincisi, ölkəmizlə bağlı məsələlər, özəlliklə Azərbaycan-Ermənistan münasibətləridir.

Prezident konfransda müxtəlif əməli fəaliyyət sahələri üzrə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini bölüşdü. 44 günlük müharibədəki uğurlar, müharibəöncəsi, müharibəsonrası hadisələr, o hadisələrə dövlətimizin, cəmiyyətimizin münasibəti ifadə olundu. Azərbaycan müstəqil siyasətə iradəsinə malikdir. Müstəqil Azərbaycan Respublikasının siyasəti kiməsə qarşı olmayan, kimisi düşmən görməyən, kimlərinsə daxili işlərinə qarışmayan amma özünə də məhz belə münasibət tələb edən siyasətdir. Belə siyasət ədalətliliyi, ləyaqətliliyi ilə üstünlük təşkil edir. Biz öz ölkəmizdə də, bölgədə, dünyada da əmin-amanlıq istəyirik, tərəfdaşlığa ciddi töhfələr veririk. Azərbaycan məsuliyyətli, güvənli ölkədir: "Bizim sözümüz imzamız qədər kecərlidir". Belə bir ölkə ilə qonşuluq, dostluq hər bir ölkə üçun maraqlı, əlverişlidir. Bizim ərazilərimizdə qurulan, yenə bizim ərazilərimizdə ikinci erməni dövləti qurmağa uğursuz cəhd edən uğursuz dövlət bölgədəki, dünyadakı yeni gerçəklikləri idrak etməlidir.

Ermənistanın dövlət siyasətini faktlarla şərh edən Prezident, bunun bizə uzun illər problemlər yaratmaqla yanaşı, öz xalqına daha çox problemlər yaşatdığını və yaşatmaqda olduğunu söyləyib. Revanşizmin Ermənistanı yeni bəlalara düçar edəcəyi şübhəsizdir. Ermənistanın dövlət siyasətinin məhz yanlış siyasət olduğunu faktlarla göstərən İlham Əliyevin bölgədə, dünyada baş verən proseslər haqqında yüksək bilgilər sahibi olduğunu beynəlxalq ictimaiyyət bir daha görmüş oldu: "Yaxın 10 ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Güney Qafqaz bölgəsi tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”. Beynəlxalq konfrans iştirakçılarının bu və digər mövzularda suallarına verilən sərrast cavablar Müzəffər Ali Baş Komandanın dünya səviyyəli, nüfuzlu siyasətçi olduğunu, onun əsl liderlik keyfiyyətlərini nümayiş etdirdi.

Prezidentin nitqində fərqləndirdiyimiz ikinci istiqamət beynəlxalq mövzulara, o cümlədən qaynar Rusiya-Ukrayna savaşına dair fikirlərdən ibarətdir. Məsələn, Ukraynanın xəbər portallarında dərc olunan yazılarda Azərbaycan Prezidentnin Ukrayna ilə bağlı fikirlərinə özəl yer verilib: “Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir”.

Dövlət başçımızın çıxışına istinadla vurğulanır ki, Ukrayna heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmamalıdır.

Bizim torpaqlarımız işğal altında olanda səssiz qalanlar, hətta bizə sanksiya tətbiq edən, işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirən beynəlxalq güclər, indi dünyada baş verən savaşların mənəvi məsuliyyətinə ortaqdır. Bizim nələr çəkdiyimizi bilməkçün ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransanın bir-biri ilə keçmiş və indiki münasibətlərinə baxmaq yetərlidir... Əlbəttə, Ermənistanın 30 illik işğalçılıq siyasətinə, daha doğrusu, praktikasına 44 gün içində sarsıdıcı zərbə vuran, Ermənistanın dizini yerə gətirən Azərbaycan Dəmir Yumruğu öz qüvvəsindədir. Bu qüvvə ləyaqətin, ədalətin, haqqın qüvvəsidir. Ləyaqət, ədalət və haqqın təntənəsindən ilhamlanmaq, onu örnək almaq hər kəsin haqqıdır...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


SON XƏBƏRLƏR