Bu gün səhər saatlarından Ağdərə şəhər ərazisində dağlıq ərazidəki meşə massivində baş verən yanğının alovu genişlənərək Ağdam rayon Papravənd kəndi ərazisinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili ilə əməkdaşları və Ağcabədi rayon yanğınsöndürən bölməsinin 1 avtomobili və şəxsi heyyətinin cəlb olunub.
Hazırda yanğın genişlənməkdə davam edir.
***
12:22
Ağdərənin dağlıq hissəsində daha bir yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, dağlıq ərazidə yerləşən meşə massivində başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib.
Hazırda yanğın davam edir.