• Bakı 23° C

    13.62 m/s

Türkiyənin iki vilayətində meşə yanğınları başladı

DÜNYA

21 Avqust 2025 | 22:32

Türkiyənin iki vilayətində meşə yanğınları başladı

Türkiyənin Muğla və Bingöl vilayətlərində meşə yanğınları başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Muğla vilayətinin Seyidkemer rayonunda yaşayış massivlərinin yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın küləyin təsiri ilə sürətlə yayılıb.

Bingöl vilayətinin Genç rayonunda isə otlaq sahəsində naməlum səbəbdən başlayan yanğın qısa müddətdə meşəlik əraziyə keçib.

Hazırda hər iki ərazidə olan yanğına havadan və qurudan müdaxilə edilərək söndürülməsinə çalışılır.


SON XƏBƏRLƏR

21 Avqust 2025