• Bakı 23° C

    13.62 m/s

Britaniya İsrail səfirini XİN-ə çağırıb

DÜNYA

21 Avqust 2025 | 22:24

Britaniya İsrail səfirini XİN-ə çağırıb

 İsrailin Böyük Britaniyadakı səfiri Tsipi Hotoveli bu gün İsrailin Ali Planlaşdırma Komitəsinin Qüdsün şərqində E1 bölgəsində məskunlaşma planını təsdiqləmək qərarından sonra Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

“Böyük Britaniya 21 beynəlxalq tərəfdaşla birlikdə bu qərarı kəskin şəkildə pisləyən məktub göndərib. Əgər həyata keçirilsə, tikinti və məskunlaşma planları beynəlxalq hüququn kobud şəkildə pozulması olacaq və gələcək Fələstin dövlətini iki hissəyə böləcək. Bu, iki dövlətli həll imkanını kökündən sarsıdacaq”, - nazirliyin saytndakı məlumatda bildirilir.


SON XƏBƏRLƏR

21 Avqust 2025