• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Malayziyada qırıcı təyyarə qəzaya uğradı

DÜNYA

21 Avqust 2025 | 23:08 | Müəllif: Gülşən Şərif

Malayziyada qırıcı təyyarə qəzaya uğradı

ABŞ istehsalı olan F/A-18 Hornet qırıcı təyyarəsi Malayziyada qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə təyyarənin alovlandığı anın görüntüləri əksini tapıb.

Malayziya Kral Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarə Kuantandakı Sultan Hacı Əhməd Şah hava limanında uçuş-enmə zolağından qalxarkən alovlanıb.

Qısa uçuşdan sonra yanan Hornet yerə çırpılıb.

Hər iki pilot katapult edə bilib. Onlar hazırda xəstəxanadadırlar.

ABŞ istehsalı olan qırıcı təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026