• Bakı 12° C

    12.45 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Aİ-dən Qəzzaya yardım
CƏMİYYƏT
26 Aprel 2024 | 17:12

Aİ-dən Qəzzaya yardım

Avropa İttifaqı (Aİ) Qəzzaya əlavə 68 milyon avro (73 milyon dollar) yardım ayırdığını açıqlayıb.

Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.

Aİ-nin bəyanatında deyilib ki, Qəzzada ağır humanitar böhranın davam edən pisləşməsi və yerlərdə ehtiyacların durmadan artması fonunda (Avropa) Komissiya davam edən müharibədən zərər çəkmiş fələstinliləri dəstəkləmək üçün maliyyələşdirməni gücləndirir.

“Bu dəstək 2024-cü ildə Qəzzada və regionda ehtiyacı olan fələstinlilər üçün Aİ-nin ümumi humanitar yardımını 193 milyon avroya çatdıracaq”.

Blok bildirib ki, yeni yardım qida tədarükü, təmiz su, kanalizasiya və sığınacaqlara yönəldiləcək və yerlərdə yerli tərəfdaşlar vasitəsilə ötürüləcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 May 2024