• Bakı 24° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Azərbaycan dünyaya “Asan Xidmət” ixrac edir - Türkiyə mətbuatı
CƏMİYYƏT
11 Avqust 2025 | 23:26

Azərbaycan dünyaya “Asan Xidmət” ixrac edir - Türkiyə mətbuatı

Azərbaycan “ASAN xidmət” vahid brendi altında dünyaya yüksəkkeyfiyyətli xidmət modelini nümayiş etdirir.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalist Zeynep Gürcanlının Türkiyənin "Ekonomi" qəzetində dərc edilən məqaləsində deyilir.

Bakıdakı “ASAN xidmət” mərkəzlərindən birində olmuş məqalə müəllifi vurğulayır ki, Azərbaycanda vətəndaşlar bir neçə dəqiqə ərzində istədikləri xidmət növlərinə çıxış əldə edə bilirlər. Bütün bunlar Azərbaycana beynəlxalq mükafatlar gətirməkdə davam edən “ASAN xidmət” modelinin uğurla həyata keçirilməsi sayəsindədir və respublika dünyanın 15 ölkəsinə bu modelin ixracını təmin edib.

Vurğulanır ki, “ASAN xidmət”də yüzlərlə xidmət növü cəmləşib. Bu da vətəndaşların, eləcə də Azərbaycanda yaşayan əcnəbilərin işini xeyli asanlaşdırıb.

Məqalədə “ASAN xidmət” mərkəzlərində yaradılan rahatlıqdan və işin keyfiyyətindən bəhs olunur, mərkəzlərin mobil tətbiqinin əhali arasında populyarlığına diqqət çəkilir. Həmçinin ASAN könüllülərinin fəaliyyətinə xüsusi diqqət yetirilir. “Uğurlu fəaliyyət gənc mütəxəssislərin gələcək karyerası üçün üstünlük hesab olunur”, - deyə məqalədə bildirilir.

Zeynep Gürcanlı Azərbaycanda ümumilikdə 28 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, onlardan 7-nin paytaxt Bakıda olduğunu qeyd edir.

Məqalədə ASAN Radionun səmərəli fəaliyyətinə də diqqət çəkilir.

Müəllif “ASAN xidmət” mərkəzlərindən birinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyini də xatırladır.


SON XƏBƏRLƏR

11 Avqust 2025