• Bakı 27° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

TRIPP layihəsi: Zəngəzur dəhlizinin yeni formatı və region üçün nəticələr

CƏMİYYƏT

11 Avqust 2025 | 14:58

TRIPP layihəsi: Zəngəzur dəhlizinin yeni formatı və region üçün nəticələr

Cənubi Qafqazda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni kommunikasiya layihəsinin gündəmə gəlməsi regionun siyasi və iqtisadi balansını dəyişdirə biləcək mühüm hadisə kimi qiymətləndirilir.

Ermənistanın layihəyə razılıq verməsi və ABŞ ilə yanaşı “qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə” əməkdaşlıq etməsi məsələnin yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi ölçülərə malik olduğunu göstərir.

TRIPP layihəsinin mahiyyəti nədir və hansı strateji əhəmiyyətə malikdir? ABŞ-nin layihədə əsas qarant olması hansı geosiyasi dəyişikliklərə gətirə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib kii, RIPP əslində Zəngəzur dəhlizinin başqa ad altında beynəlxalq formata salınmış variantıdır. Ad dəyişiklikləri erməni ictimaiyyətində daxili müqaviməti yumşaltmaq və layihəni “sülh və iqtisadi inkişaf” çərçivəsində təqdim etmək məqsədi daşıyır. Strateji baxımdan isə bu, regionun kommunikasiya xəritəsini yenidən quracaq və yeni nəqliyyat-logistika əlaqələri yaradacaq.

Müsahibimiz deyib ki, layihədə qeyd olunan “qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər” kimi Böyük Britaniya, Avropa İttifaqına üzv ölkələr, Türkiyə və hətta Yaxın Şərqdə maliyyə imkanları güclü dövlətlər daxil ola bilər. Onun sözlərinə görə, bu tərəflərin iştirakı iki əsas funksiyanı yerinə yetirəcək: maliyyə və texniki dəstəyin təmin edilməsi, həmçinin Rusiya və İran kimi layihəyə qarşı çıxan ölkələrin təzyiqlərinin yumşaldılması.

Züriyə Qarayeva: Amerikanın layihədə əsas qarant olması ran üçün də yeni çağırışlar yaradacaq

Politoloq hesab edir ki, Amerikanın layihədə əsas qarant olması Ermənistanın xarici siyasətində Qərbə inteqrasiya meylini gücləndirəcək, Moskvanın təsir imkanlarını məhdudlaşdıracaq. Eyni zamanda, İran üçün də yeni çağırışlar yaradacaq, çünki ABŞ-ın bölgədə hərbi-siyasi təsiri artacaq.

Azərbaycan üçün TRIPP-nin hansı üstünlükləri olacağına gəlincə, Züriyə Qarayeva qeyd edib ki, ən önəmlisi, Naxçıvana maneəsiz quru əlaqənin beynəlxalq təminat altında reallaşmasıdır:

“Bu, həm logistika, həm də siyasi baxımdan mühüm qələbə deməkdir. Amma nəzərə almaq lazımdır ki, ABŞ-nin idarəedici rolu layihənin gələcək geosiyasi taleyini Vaşinqtonun regional strategiyasına bağlayır”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR