• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdu

İDMAN

08 Fevral 2026 | 21:34

Cüdoçularımız Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.


SON XƏBƏRLƏR

03 Aprel 2026